köpək oğlu

son of a gun / sun of a bitch сукин сын
könülsüz tikə kimi qəbul etmək
köpəyin ağzına sümük atmaq
OBASTAN VİKİ
Köpək
İt — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. Başı az çox uzun, üst çənədə üç, alt çənədə dörd kəsici dişi olur. Ön ayaqları beş, arxa ayaqları dörd barmaqlıdır. Dırnaqları pişik kimi çəkilə bilmə xüsusiyyətindən məhrumdur. Gündüz və gecə fəaldır. Qoxu hiss etmə və eşitmə duyğuları itidir. Görmə mexanizmi, sarı və mavi rəngləri daha yaxşı qəbul edə bilən quruluşdadır. Ağıllı olduğundan asan tərbiyə edilə bilər. Sahibinə bağlılığı ilə tanınır. Barmaqları üstündə qaça bilir və yaxşı üzür.
Köpək balığı
Köpəkbalıqları (lat. Selachimorpha) — Qığırdaqlı balıqların dəstəüstü. Bura 8 müasir dəstə, 20 fəsilə və 350-yə yaxın növ daxildir. Bundan başqa dəstəüstünə 4 nəsli kəsilmiş dəstə də daxildir. Təxminən 400 milyon ildir ki, köpək balıqları mövcuddurlar. Bədənində sümük əvəzinə qığırdaq olan bu balıqlar suda çox çevik hərəkət edirlər. Akulaların həyat tərzi çox müxtəlifdir, əksəriyyəti yırtıcıdır, balıqla qidalanır, yalnız balina-akula və nəhəng akula plankton yeyəndir; az miqdarda olsa da bentosla qidalanan növləri də var. Qidalanmada qoxu bilmənin əhəmiyyəti böyükdür. Akulalar qana qarşı daha çox həssasdır, insan üçün də təhlükəlidir. İnsana hücum edən akulalardan pələngi akulanı, ağ akulanı, çəkici akulanı, qumluq akulalarını göstərmək olar.
Köpək pozası
Köpək pozası (ing. Doggy style) — cinsi münasibətdə cütlükdən birinin dörd ayağı üzərində əyildiyi (əsasən əlləri və dizləri üstündə) və yaxud qarın hissəsinin üstündə yatdığı seks pozası. Ən çox geniş yayılmış seks pozası olmasına baxmayaraq, kişilər bu pozanı seçsə də, qadınlar qadın üstdə pozasını (ing. Cowgirl position) seçir. Seks partnyorları arasında köpək pozasındakı şəxs əsasən passiv, digər partnyor isə aktivdir (lakin bəzən köpək pozasındakı şəxs arxasındakı partnyoruna geri dönərsə əksi də ola bilər). Partnyorlardan hər hansısa biri dominant və ya submissiv partnyor ola bilər.
Səadəddin Köpək
Səadəddin Köpək (ərəb dilində: سعد الدين كوبك بن محمد təxmini olaraq 1238–1239-cu illərdə edam edilmişdir) Anadolu Səlcuqlu Dövlətinin dövlət xadimi, əmiri və baş memarı olmuşdur. Sultan I Əlaəddin Keyqubad və Qiyasəddin Keyxosrovun dövründə vəzifədə olmuş və dövlət idaəsində mühüm rol oynayaraq böyük söz sahibi olmuşdur. Səadəddin Köpəyin həyatının ilk illəri haqqında tarixi mənbələrdə kifayət qədər məlumat mövcud deyildir. Ancaq atasının və anasının Konyada hörmətli ailələrə mənsub insanlar olması və anasının adının Şahnaz xanım olduğu istiqamətində iddialar mövcuddur. Çox güman ki, özü də Konyada anadan olmuşdur. Əsl adı "Köpək ibn Məhəmməd"dir. Səadəddin ona verilmiş olan ləqəbdir. “Köpək” sözünün o dövrdə türkcədə geniş yayılmış olmasa da, bir ad kimi işlənildiyi, Artuqlularda da bir türk bəyinin bu adı daşıdığı və bu adın o dövrdə təhqir mənasında işlənilmədiyi, əksinə "sadiq" mənasında işlənildiyi məlumdur. O, I Əlaəddin Keyqubadın dövründə əmir vəzifəsində işləmiş və tarixçi İbn Bibi tərəfindən əmir-i şikâr, miniatürçü və memar kimi qeyd edilmişdir. 1226-cı ildə I Əlaəddin KeyqubadınHarput ətrafında Əyyubilərlə apardığı müharibə zamanı Səlcuq ordusunun sol qanadında yerləşmiş olan qüvvələrinə komandanlıq etmişdir.
Böyük Köpək (bürc)
Böyük Köpək (lat. Canis Major) — göyün cənub yarımkürəsində balaca bürc.
Epsilon Böyük Köpək
Epsilon böyük köpək (lat. ε Canis Majoris) — ikili bir ulduzdur və ε (epsilon), Canis Majorin bürcündəki ən parlaq obyekt və ən parlaq ulduzlardan biri olmasına baxmayaraq, gecə göyü 1,50 ilə müəyyən bir böyüklükdədir. 4.7 milyon il bundan qabaq, göydə ən parlaq ulduz idi. Hipparcos missiyası zamanı əldə edilən parallaks ölçmələrinə əsasən Günəşdən təxminən 430 yüngül illərdir. Epsilon böyük köpək ikili ulduzdur. Əsas, ε Canis Majoris A, +1.5-lik bir görünüşlü qüvvəyə malikdir və spektral təsnifata aiddir. Onun səthi 22,200K səth temperaturuna görə mavi və ya mavi ağ rəngdir. Günəşin 38,700 dəfə bərabər ümumi radiasiya yayır. Bu ulduz gecə göyündəki ən parlaq ultrabənövşəyi mənbəyidir. Günəşin yaxınlığında yerdəyişmə qazı içərisində hidrogen atomlarının ionlaşdıra bilən fotonların ən güclü qaynağıdır və Yerli Uldızlararası Buludun ionlaşma vəziyyətini təyin etmək üçün çox vacibdir.
Kiçik Köpək (bürc)
Kiçik Köpək (lat. Canis Minor) — göyün şimal yarımkürəsində balaca bürc.
Köpək (film, 1994)
Köpək — kinorejissor Tofiq Tağızadənin filmi. Film köpəyə dönmüş məzlum insanlar, onların faciəsi haqqındadır. İş axtaran bir qrup insan oğurlanaraq qul kimi işlədilir. Eyni zamanda filmdə deyilir ki, hansı şəraitə düşürsə düşsün, qarşısına nə kimi çətinliklər çıxırsa çıxsın insan insan olaraq qalır. Ssenari müəllifi: Loğman Kərimov Quruluşçu rejissor: Tofiq Tağızadə Quruluşçu operator: Rafiq Quliyev Quruluşçu rəssam: Mayis Ağabəyov Səs operatoru: Vladimir Savin Rejissor: R.Dadaşov Geyim rəssamı: Vaqif Mustafayev Dekor rəssamı: Əziz Məmmədov Qrim rəssamı: Çingiz Paşayev Montaj edən: Tahirə Babayeva Operator: Mixail Xarçenko Redaktor: A.Əliyev Musiqi tərtibatçısı: İsmayıl Dadaşov Rejissor assistentləri: Əliheydər Şahbazov, Cəbrayıl Rzayev Operator assistentləri: F.Əkbərov, E.Hüseynov Rəssam assistentləri: Ə.Səfərov, Sakit Həsənov, Afət Məmmədova Montaj üzrə assistent: Rahidə Quliyeva Çəkiliş aparatı üzrə texnik: N.Ağayev Səs texniki: O.Abdullayev İşıq ustası: Tahir Bağırov İşıqçılar: Məhəmməd Hacıyev, M.Qədirov Fotoqraf: Natiq İbrahimov Geyimlər: Z.Məmmədova Əlbəsələr: Gülxar Sadıqova Dekor ustaları: B.Sərkərov, M.Əmirov, Y.Antipov, A.Sultanov Plyonka üzrə rəng ustası: S.Perova İt təlimçisi: Ə.Şahvələdov Trük ustası: Əli Məmmədov Direktor müavinləri: Tofiq Musayev, Tərlan Babayev İnzibatçılar: Y. Dyomina, Əbdülnəsir Kutiyev Sürücülər: O.Əliyev, Ə.Əliyev, T.Kərimov, M.Əzizbəyov Filmin direktoru: Heydər Dadaşov Prodüser: Hüseynağa Qasımov (Hacı Hüseynağa Qasımov kimi) Məmməd Səfa Fuad Poladov Yaşar Nuri Muxtar İbadov Nuriyyə Əhmədova Loğman Kərimov A.Mahmudov Ələkbər Hüseynov — özünü asmış məhbus Y.Məmmədov Vahid Əliyev Tofiq Hüseynov Məmmədkamal Kazımov N.Məmmədov K.Artyomov V.Əliyev T.Baqramov A.Hüseynov F.Babayev M.Simonovski B.Kərimov Rahib Əliyev O.Süleymanov T.Sultanov H.Musayev T.Babayev Arif Kərimov İ.Teslenko Y.Trubin V.Əliyev S.Həsənov İ.Məmmədov R.Qasımov O.Bayliyev R.Əliyev R.Qiyasov Ə.Zeynalov İ.Kərimov A.Musayev Ş.Əliyev T.Musayev Tofiq Kərimov Əli Məmmədov Filmi izlə http:/ Səma Fuadqızı.
Pələng köpək balığı
Pələng köpəkbalığı (lat. Galeocerdo cuvier) – лarxarinkimilər dəstəsindən balıq növü. Akulanın pələnglərdəki kimi zolaqlara malik olduğuna görə bu adı almışdır. Pələng köpəkbalığı bütün dünyada geniş yayılmışdır və okeanlarda olduğu kimi, sahil sularına yaxın yerlərdə də yaşayırlar. Uzunluqları 5 m-ə çatmasına baxmayaraq, daha uzun fərdlərinə də rast gəlinir. Pələng köpəkbalıqları diribala doğanlardır. Doğulan balaların sayı 40-a qədər çata bilir. Kütlələri 570–750 kq arasında dəyişir. Pələng akulaları balıq, delfin, molyusk, tısbağa, dəniz ilanları, eləcə də leşlə qidalanırlar. Dəniz akulaları insanlar üçün potensial təhlükəli varlıqlar hesab olunurlar.
Qamma Böyük Köpək
Gamma Canis Majoris (ing. Canis Majoris) — Canis Major bürcündə ulduz. Gamma Canis Majoris, B8II üfüqi bir təsnifatı və +4.11 görünən bir böyüklüklə mavi-ağ B tipli parlaq nəhəngdir. Yerdən təxminən 440 işıq ili uzaqlıqdadlr. Anormal civə və maqnezium xəttlərini göstərən xarakterik bir Hg-Mg ulduzudur. Bu ulduzun Günəşin radiusunun 5,6 dəfə olması və xarici atmosferin effektiv temperaturu 13,596 K var. Bu ulduz spektroskopik ikili sistem olmağından şübhələlinir və 0.332 "bir 114,8 ° mövqeyə bərabər yanaşma ilə bir namizəd yoldaşı var. Collinder 121 açıq klasterinin üzvüdür.
Çəkicbaşlı köpək balığı
Çəkicbaşlı köpəkbalığı (akula) - başları yan tərəflərə (sağa və sola) uzanmış köpək balığı növü. Kəllələrinin quruluşundan digər növlərdən asanlıqla ayırd edilə bilir. Əsasən çox dərin olmayan isti sularda rast gəlinir. İlin isti vaxtlarında soyuq sularda da rast gəlinə bilir. Çəkicbaşlı köpəkbalıqlarının rəngi açıq bozdan yaşılımtıl rəngə qədər dəyişir. Digər köpəkbalıqlarına nisbətən kiçik ağıza sahibdir. Balıqlardan fərqli olaraq heç bir köpəkbalığı növündə, eləcə də çəkicbaşlı köpəkbalığının bədəni pulcuqlar yoxdur, hamardır. Belində və yanlarında (sağda və solda) olmaqla 3 böyük üzgəci və növündən asılı olaraq bir neçə kiçik üzgəci var. . Əsas dayaq sistemini sümüklər deyil, qığırdaq təşkil etdiyindən fosillərində, əsasən, dişlər tapılır. Çəkicbaşlı köpəkbalıqları gündüz sürü şəklində, gecələr isə tək ovlanırlar.
Pələng köpək əməliyyatı
Pələng köpək əməliyyatı (ing. Operation Tiger Hound) —Vyetnam müharibəsi zamanı 5 dekabr 1965-ci ildən 11 noyabr 1968-ci ilə qədər Laosun cənub-şərqində məxfi formada həyata keçirilən, ABŞ-nin 2-ci hava diviziyası, daha sonra 7-ci hava qüvvələri və ABŞ Hərbi Dəniz Qüvvələrinin 77 saylı işçi qrupunun havadan müdaxilə kampaniyası. Əməliyyatın məqsədi Vyetnam Demokratik Respublikasından (Şimali Vyetnam) Laosun cənub-şərqində Ho Şi Min cığırı vasitəsilə Vyetnam Xalq Ordusunun (VXO) Vyetnam Respublikasının (Cənubi Vyetnam) şimal vilayətlərinə göndərdiyi təchizat axınının qarşısını almaq idi. Qərargah 1 aprel 1966-cı ildə Yeddinci hava qüvvələri tərəfindən əvəzlənənə qədər bu missiyalar əvvəlcə 2-ci hava diviziyası tərəfindən idarə olunurdu. 11 noyabr 1968-ci ildə "Pələng köpək" və "Polad pələng" birləşdirilmiş və Komando ov əməliyyatı adlandırılmışdır. Littauer, Raphael and Norman Uphoff, eds, The Air War in Indochina. Boston: Beacon Press, 1972. Schlight, John, A War Too Long. Washington DC: Center of Air Force History, 1993. Van Staaveren, Jacob, Interdiction in Southern Laos: 1960–1968.
Köpək balığı üzgəclərindən şorba
Köpək balığı üzgəclərindən şorba — əsasən toy və ya ziyafətlərdə süfrəyə verilən Çin mətbəxinin yeməklərindən biri. Şorba əsrlər əvvəl Sonq xanədanında imperatorun ailəsinə və məhkəmə üzvlərinə verilən zaman ortaya çıxdı. Balıqçılıq ticarəti artdıqda şorba dünyada məşhur oldu. 2011-2013-cü illər arasında Çində istehlak 50-70 % azaldı.
İri ağ köpək balığı
Böyük ağ köpəkbalığı (lat. Carcharodon carcharias) Lamniformes dəstəsindən olan balıq növü. Bütün okeanlarda isti su olan ərazilərdə, həmçinin Aralıq və Yapon dənizində yaşayır. Onların uzunluğu 7–8 metrə, bəzən isə 12 metrə qədər olur. Ağ köpək balığı yırtıcılıq və gücünə görə köpəkbalıqları arasında ən təhlükəlisi hesab olunur. Dişi fərdləri erkəklərdən daha iri olur. Böyük köpəkbalığı ətyeyəndir və balıqlar (məsələn, tuna, vatoz, digər köpəkbalığı növləri), su məməliləri (məsələn, delfin, balina), üzgəcayaqlılar (suiti, xəzli suiti, dəniz şiri), su tısbağası və su quşları ilə qidalanır.
Vətən oğlu
Vətən oğlu (film, 1941)
Bahar oğlu
Bahar oğlu — xalq artisti, bəstəkar Eldar Mansurovun Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr etdiyi oratoriyası. Oratoriya "Xalqın baharı", "Dahi sərkərdə", "Heydərnamə" və "Bahar oğlu" adlı dörd hissədən ibarətdir. Oratoriyanın sözlərinin mətni əməkdar incəsənət xadimi şair Baba Vəziroğluya məxsusdur. Oratoriya ulu öndərin yubiley tədbirlərində xalq artisti, müğənni Mübariz Tağıyevin ifasında səslənib. Bahar oğlu [Notlar] : oratoriya /musiqi E. Mansurov; söz. B. Vəziroğlu ; fortepiano üçün işləyəni Ə. Rzayev ; ifa M. Tağıyev.
Dağlar Oğlu (1965)
Bu film sonradan həkim olan çoban haqqında hekayədir.
Elşad Mirbəşir oğlu
Elşad Mirbəşiroğlu (27 iyul 1977, Topalhəsənli, Xanlar rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, sədr müavini, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının üzvü, siyasi elmlər doktoru, alim, politoloq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Politologiya və siyasi idarəetmə" kafedrasında professor. Elşad Mirbəşir oğlu 27 iyul 1977-ci ildə Göygöl (Xanlar) rayonunun, Topalhəsənli kəndində müəllim ailəsində anadan olub. 1984-cü ildə Göygöl şəhəri Səməd Vurğun adına 3 saylı orta məktəbin I sinfinə getmiş, 1994-cü ildə həmin məktəbi bitirmişdir. 1994–1998-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmidir. 1998–2000-ci illərdə Sosial elmlər və psixologiya fakültəsinin politologiya ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. 2002–2005-ci illərdə Politologiya və sosiologiya kafedrasında dissertant olmuşdur. 10 iyun 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Siyasi münaqişələrin həllində üçüncü tərəfin iştirakı" mövzusunda dissertasiya işini müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 14 iyul 2006-cı il tarixli qərarı ilə siyasi elmlər namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Politologiya və siyasi idarəetmə kafedrasına elmlər doktoru proqramı üzrə doktorant qəbul olunmuşdur. 2011-ci ildə Vyana Diplomatik Akademiyasında (Avstriya) elmi-tədqiqat işləri ilə məşğul olmuş və mühazirələr oxumuşdur. 2018-ci ildə "Müasir siyasi münaqişələrin nəzəri aspektləri və həlli texnologiyaları" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmiş və Siyasi elmlər doktoru elmi dərəcəsi almışdır.
Eripin oğlu Drust
Eripin oğlu Drust (V əsr – bilinmir) — müasir Şotlandiya ərazisində V əsrin əvvəlləri–843-cü illərdə hakimiyyətdə olmuş piktlər sülaləsinin əfsanəvi kralı. Onun adı ilk dəfə "Piktlərin xronikası" adlandırılan tarixi sənəddə xatırlanır. "Piktlərin xronikası"nda verilən məlumata əsasən Eripin oğlu Drust və ya I Drest yüz il hökmranlıq etmiş və döyüşlərdə yüz qələbə qazanmışdır. Lakin bu məlumat tarixi fakt kimi deyil, əfsanə kimi qəbul edilir. "Piktlərin xronikası"nda qeyd olunur ki, müqəddəs Patrik V əsrin ortalarında, Eripin oğlu Drustun hakimiyyətinin 20-ci ilində İrlandiyaya gəlmişdir. I Nexton Eripin oğlu Drust və ya I Drest tərəfindən İrlandiyaya sürgün olunmuşdur. İohann Fordunskinin qeydlərinə əsasən Eripin oğlu Drust Palladiya dövründə qırx il hakimiyyətdə olmuşdur. I Drestin ölümündən sonra I Talorq piktlərin kralı olmuşdur. Anderson A.O. Early Sources of Scottish History, Vol. I. — 1922.
Filant (Antioxun oğlu)
Filant (q.yun. Φύλας) — yunan mifologiyasında personaj. O, Antioxun oğlu idi. Filant Korinfin padşahı olmuşdur. O, Lipefil ilə evlənmiş, onların Hippot və Tero adlı iki oğlu olmuşdur.
Filey (Yevrisakın oğlu)
Filey — qədim yunan mifologiyasının personajı. Salamin padşahı. Yevrisakın oğlu, Eantın nəvəsi. Başqa mənbələrə görə o, Eantın oğludur və Miltiadın ulu babasıdır. Salamini afinalılara vermişdir. Onun Delfidəki heykəlini afinalılar ucaltmışdılar. Mərkəzi Vravronada məskunlaşan Filaidlər sülailəsinin eponimi, Markellin tam nəsil şəcərəsini vermişdir.
Fudrusun oğlu Drust
Fudrusun oğlu Drust və ya III Drest (v. 530) — müasir Şotlandiya ərazisində V əsrin əvvəlləri — 843-cü illərdə hakimiyyətdə olmuş Piktlər sülaləsinin kralı. Piktlərin xronikasına əsasən Fudrusun oğlu Drust və ya III Drest Qiromun oğlu Drust və ya IV Derstlə eyni vaxtda hakimiyyətdə olmuşdur. Müxtəlif mənbələrə əsasən onun hakimiyyəti bir ildən on beş ilədək davam etmişdir. Хендерсон Изабель. Пикты. Таинственные воины древней Шотландии / Перевод с англ. Н. Ю. Чехонадской. — М.: ЗАО Центрополиграф, 2004 Anderson A. O. Early Sources of Scottish History, Vol. I. — 1922.
Göyrə oğlu Qara
Hill (Heraklın oğlu)
Hill (q.yun. Ὕλλος və ya Ὕλας ) — yunan mifologiyasında personaj. O, Heraklın övladlarından idi, Herakl və Deyaniranın böyük oğlu olmuşdur. Hill Makariyanın qardaşı, İolun həyat yoldaşı, Kleodayın atası olmuşdur . Herakl və arvadı Deyanira öldükdən sonra oğulları Yevrisfeydən qaçaraq Traxini tərk etmiş, Afinaya sığınaraq Trikorit şəhərində məskunlaşmışdılar. Hillin öldürülməsindən 50 il sonra belə Heraklın övladları Peloponnesə hücum etməkdən çəkinmişdir. Gill Meqarada dəfn edilmişdir. Sparta filalardan birinin adı onun şərəfinə verilmişdir.
Keçəçi oğlu Məhəmməd
Keçəçioğlu Məhəmməd (əsl adı: Məhəmməd Məşədi Xəlil oğlu; 18 iyun 1864, Şuşa – 20 noyabr 1940, Quba) — Azərbaycan xanəndəsi.Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi rol oynamışdı. Keçəçioğlu Məhəmməd 1864-cü ildə Şuşa şəhərində anadan olmuşdur. 20 noyabr 1940-cı ildə Qubada vəfat etmişdir. Məhəmməd kiçik yaşlarından atasının peşəsinə (keçəçilik sənətinə) yiyələndiyindən xalq arasında Keçəçi adı ilə məşhur olmuşdur. Bakının mədəni həyatı Keçəçi Məhəmmədi cəlb edir. O, 1904-cü ilin əvvəllərində Bakıya köçür. Keçəci oglu Məhəmməd klassik xanəndə kimi Azərbaycanın ənənəvi I musiqi mədəniyyəti tarixində əhəmiyyətli rol oynamışdır. Qarabağ məktəbinin digər nümayəndələri ilə yanaşı, o öz yaradıcılığında I muğam sənətini yorulmadan inkişaf etdirmişdir. Onun repertuarında klassik muğamlar, təsniflər və xalq mahnıları əsas yer tuturdu. Genis diapazonda zorlu güclü və zil səsə malik xanəndə bütün muğam dəstgahlarını və zərbi-muğamları ustalıqla ifa edirdi.